!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ölməkdən qorxan əməkdar artist: “Həkimlər dedi, ümid yoxdur”

!Reklam – Yazi

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Novruzova 60 illik yubileyinə hazırlaşır.

Yenicag.az-a açıqlama verən aktrisa yaşlanmaqdan deyil, ölümdən qorxduğunu etiraf edib:

“30 yaşım tamam olanda deyirdim qocaldım, istəmirdim ad günümü qeyd edim. Amma indi o 30-un üstünə bir 30 da gəlib. Heç o yaşı hiss edə bilmirəm. Elə bilirəm ki 23 yaşım tamam olacaq. Çünki çox enerjiliyəm. İdmanla məşğul oluram, at çapıram. İnanın ki, o yaşı hiss etmirəm. Sadəcə içimdə bir qorxu hissi var. Sənət dostlarım Kübra Dadaşova, Gülşən Qurbanova, Xuraman Hacıyeva elə mənim yaşımda dünyadan köçdülər. Bunu ürəyimə salmışam. Hərdən qorxuram ki, birdən mən də bu yaşda dünyamı dəyişərəm. Amma hər şey Allahın əlindədir. Keçən il anam ağır xəstə oldu, insult keçirdi. Vəziyyəti ağır idi. Hətta həkimlər dedi ki, gedin yas çadırı qurun, sağalacağına ümid yoxdur. Amma anam kəfəni yırtdı, hələ də yaşayır. Sözümün canı budur ki, ömrü verən Allahdır, harda qırılacağını da o bilir”.

Cəvahir

Yenicag.az

COP29

www.yenicag.az

1988
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv