Forbes jurnalı 2017-ci ilin ən çox “qazanan” ölü məşhurlarının siyahısını hazırlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda birinci yerdə əfsanəvi müğənni Maykl Ceksonun adıdır. O, cari il ərzində 75 milyon dollar qazanıb.

2016-cı ildə dünyasını dəyişən qolf ustası Arnold Palmer isə ölümündən sonra 40 milyon dollar əldə edib.

“Snoopy” və “Charlie Brown” kimi obrazların yaradıcısı məşhur animator Çarlz Şulz isə 38 milyon dollar ilə siyahının üçüncü sırasındadır.

“Rock’n Roll”un kralı Elvis Presli isə 2017-ci ildə nə az, nə çox – düz 35 milyon dollar qazanıb.

Həyat tərzi ilə hələ də gəncləri özünə heyran edən Bob Marley 23 milyon dollarlıq qazancla siyahının beşincisi olub.

www.yenicag.az