Oman sultanı Qabus bin Səid Əl Səud vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, sultanlığın rəhbəri dünən – yanvarın 10-da dünyasını dəyişib.
Qeyd edək ki, 2015-ci ildə sultanda xərçəng xəstəliyi aşkarlanmışdı. Son vaxtlar yerli mətbuatda onun səhhətinin pisləşməsi barədə dəfələrlə məlumat yayılıb.
Qabus bin Səid 50 il idi ki, ölkəni idarə edirdi. O, 1970-ci ildə hakimiyyətə gəlmişdi.
Övladı olmayan Qabusun varisi 2002-ci ildən onun şəxsi köməkçisi işləmiş Əsəd bin Tarek bin Teymur Əl Səid olacaq.
Sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb, ölkə ərazisində bayraqlar 40 günlük endirilib.
Dəfn mərasimi isə bu gün keçiriləcək.
www.yenicag.az