İran və Oman Hörmüz boğazı ilə bağlı yeni mexanizm üzrə danışıqlar aparır

media-hightechnic-468x90

İran və Oman Hörmüz boğazının idarə olunması üçün yeni mexanizmin hazırlanması istiqamətində danışıqlar aparır.

media-banner_tuq

Yenicag.az APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

Bəqainin sözlərinə görə, Hörmüz boğazı İran və Omanın ərazi sularında yerləşir və hər iki ölkə bütün dövlətlər üçün təhlükəsiz keçidin təmin edilməsinə məsuliyyət daşıyır.

İran XİN sözçüsü qeyd edib ki, bu proses davam edir və Tehran hazırda həmin məqsədi təmin edəcək mexanizmin hazırlanması üçün Oman və digər aidiyyəti tərəflərlə daimi təmasdadır.

O əlavə edib ki, ötən həftə Məsqətdə İran və Oman ekspertləri arasında görüş keçirilib və iki ölkə arasında bu istiqamətdə təmaslar və məsləhətləşmələr fasiləsiz davam edir.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05