Ömrünü kişi kimi yaşayan, ölümü də ölümsüzləşdirən AKTYOR: Fuad Poladovun ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

Adətən, bu dünyadan əbədiyyətə köç edən insanla bizi ayıran zaman kəsiyi uzandıqca, o, sadəcə bir xatirəyə çevrilir. Elə insanlar var ki, illər keçdikcə həmin xatirənin işığı yavaş-yavaş solur. Lakin elə şəxsiyyətlər də var ki, zaman keçdikcə onların xatirəsinin işığı daha da gur yanır. O, məhz belə insanlardandır.

media-banner_tuq

Fiziki yoxluğu ilə bizi artıq 8 illik zaman kəsiyi ayırsa da, xatirəsinin işığı bu gün də həm sənət dünyasının, həm də sevənlərinin ürəyini isidir. Söhbət böyük sənətkar, Xalq artisti Fuad Poladovdan gedir. Bu gün onun anım günüdür…

Əlbəttə, burada söhbət yalnız fiziki ömrün bitməsindən gedir. Çünki ustad aktyorun yaradıcılıq ömrü bu gün də davam edir teatr səhnəsində, televiziya tamaşalarında və ekranlaşdırılan filmlərdə…

Hər dəfə televiziya ekranlarında onun rol aldığı obrazları görəndə Fuad Poladov ölməzliyinin bir daha şahidi oluruq. O, özü də əbədi yaşayacağını bilirdi. Anlayırdı ki, nə zamansa bu dünyanı fiziki olaraq tərk etsə də, ruhən daim var olacaq. Elə buna görə də ölümə məğrurcasına meydan oxuyurdu.

“Ölmürəm, gözəgörünməzə qovuşuram…” – deyən Fuad Poladov, ömrünü bütövlükdə yaradıcılığına transfer edən bənzərsiz sənətkardır. O, bu gün də bizimlədir, bu gün də yaşayır…

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05