!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onlar bu ağılla, bu mənəviyyatla hakimiyyətə gəlmək istəyirlər?” - Partiya sədri

!Reklam – Yazi

“Milli Şuranın həmin videkonfransında baş verənlər tək məni yox, uzun illər müxalifətdə olan hər kəsi təəccübləndirdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Şuranın sosial şəbəkədə yayılmış videokonfransında aparılan əxlaqa və mənəviyyata zidd müzakirələrə münasibət bildirən Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov deyib.

Abutalıb Səmədov bildirib ki, nümayiş etdirdikləri səviyyəsizlik Milli Şuranın rəhbərliyində olan şəxslərin ciddi müalicəyə ehtiyaclarının olduğunu göstərir:

“Onların küçə qeybəti səviyyəsində keçirdiyi müzakirə hər şeyi ortaya qoydu. Siyasətçiyə yaraşmayan ifadələr, xanım olan yerdə yolverilməz ifadələrin işlənməsi məni çox təəccübləndirdi.

Hələ bir deyirlər ki, sentyabrda hakimiyyətə gələcəyik. Onlar bu ağılla, bu mənəviyyatla hakimiyyətə gəlmək istəyirlər? Bu mənəviyyatın sahiblərinə Azərbaycan xalqı səs verərmi?

Hesab edirəm ki, bu videokonfransla çox yuxarı səviyyədə olmayan imiclərini xalqın gözündən saldılar. Bir reallıq da aydın oldu ki, onlar özlərindən başqa hamıya nifət edirlər, heç kimi qəbul etmirlər.

Səmimi deyirəm, o səviyyə ilə onlar hakmiyyətə gəlmək istəyirlərsə, Allah köməkləri olsun, onların çarəsi yoxdur, ciddi müalicəyə ehtiyacları var”.

COP29

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv