!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC-in gəlirləri aşağı düşdü: milyardlarla dollar – SƏBƏB

!Reklam – Yazi

2016-cı ildə OPEC-ə üzv ölkələrin neft ixracından əldə etdikləri gəlir 433 milyard dollar təşkil edib.

Yeniçağ.az OilGas.az-a istinadən xəbər verir ki, ABŞ-ın Energetika Nazirliyinin (EIA) ötən gün dərc olunan hesabatına əsasən, bu göstərici 2015-ci ildəkindən (509 milyard dollar) 15% daha azdır. Bundan əlavə, rəqəmlərə 2012-2015-ci illərdə EIA-nın hesabatında yer almayan İranın göstəriciləri də daxil edilib. 433 milyard dollardan 133 milyardı Səudiyyə Ərəbistanının payına düşüb.

Gəlirlərin belə aşağı düməsinə başlıca səbəb kimi neftin qiymətlərinin aşağı düşməsi və ixrac həcminin azaldılması göstərilir.

EIA-nın proqnozuna əsasən, OPEC-in bu il gəlirləri 539 milyard dollar olacaq. 2018-ci ildə isə göstəricilərin 595 milyard dollar olacağı gözlənilir.

Yeniçağ.az

COP29

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv