!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ordu haqqında yayılan dezinformasiyaların məqsədi dövlət-xalq birliyini zəiflətməkdir” – Deputat

!Reklam – Yazi

“Dövlətimizə müxtəlif istiqamətlərdən zərbə vurmaq istəyənlərə qarşı hər bir azərbaycanlı daim ayıq-sayıq olmalıdır”.

Yenicag.az xəbər verir ki. bunu “MediaPost”a açıqlamasında deputat Asim Mollazadə deyib.

O bildirib ki, son günlər ordu haqqında yayılan dezinformasiyaların məqsədi dövlət-xalq birliyini zəiflətməkdir:

“Azərbaycan Ordusu bizim qürur yerimizdir, biz imkan verməməliyik ki, ordu haqqında əsassız fikirlər, dezinformasiyalar yayılsın. Unutmaq olmaz ki, dünyanın bütün ölkələri Azərbaycan ilə informasiya müharibəsi aparır. Ona görə hər kəs dediyi hər sözdə ehtiyatlı olmalıdır”.

A. Mollazadənin fikrincə, hər bir azərbaycanlı dövlətini, ordusunu qorumağa çalışmalıdır:

“Bunu hər bir Azərbaycan vətəndaşı etməlidir, vaxtı ilə orduda xidmət edən, vətənin müdafiəsində iştirak edən şəxslər belə məsələlərdə xüsusilə diqqətli olmalıdırlar. Düşünürəm ki, orduda sağlam mühiti qorumaq, əsassız fikirlərin qarşısını almaq üçün ictimai nəzarət mexanizmi yaradılmalıdır. Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövlətinə qarşı çox ciddi təxribatlar var. Belə vəziyyətdə birlik göstərməliyik, çünki müharibə həm də informasiya sahəsində gedir. Bu gün Azərbaycana qarşı az qala, bütün dünya informasiya müharibəsi aparır. Onların məqsədi dövləti zəiflətməkdir. Buna görə müxtəlif formalarda dezinformasiyalar yayırlar”.

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv