Orta məktəblərdə yeni fənn tədris olunacaq

media-hightechnic-468x90

“Azərbaycan təhsil sisteminin məzmununu müasir dünyanın sürətinə uyğunlaşdırmaq üçün növbəti strateji addım atılır. Belə ki, orta məktəblərdə yeni fənn tədris olunacaq”.

media-banner_tkm

Yenicag.az  xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, son 15 ildə 28 ölkə 17 yeni fənni tədris planına salıb:

“Süni intellekt, rəqəmsal savadlılıq, robototexnika, dizayn düşüncəsi, ekoloji dayanıqlılıq kimi sahələr artıq məktəblərin standart hissəsidir. Estoniya, Sinqapur, Cənubi Koreya bu dəyişikliyi tətbiq edəndən sonra şagirdlərin tətbiqi bacarıqlarında 12-18% yüksəliş əldə ediblər. Bizim isə PISA 2022 nəticələrinə görə “tətbiqi bacarıqlar indeksimiz” OECD orta­sından 80-92 bal aşağıdır. Yəni, faktoloji bilik var, amma real bacarıqlar, analitik düşüncə və yaradıcı tətbiq hissəsi zəifdir. Bu boşluğu doldurmaq üçün yeni fənnin əlavə edilməsi məntiqi və elmi əsaslara söykənən qərardır”.

O bildirib ki, yeni fənn şagirdlərə XXI əsrin bacarıqlarını verəcək, tətbiqi düşünmə və texnoloji savadlılığı gücləndirəcək, təhsili rəqəmsal və innovativ mühitə yaxınlaşdıracaq:

“Azərbaycanda yeni fənlərin tədrisi zərurətdir. Dünya gedir, əmək bazarı dəyişir, iqtisadiyyat yenilənir. Təhsil də buna uyğunlaşmalıdır. Elm və Təhsil Nazirliyinin bu qərarı məhz bu uyğunlaşmanın vacib hissəsidir”./unikal/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05