Ötən ay elmi dərəcə verilənlərin sayı açıqlandı

media-hightechnic-468x90

Fevral ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Prezident yanında Ali Attestasiya Komissiyasından Yenicag.az-a bildirilib ki, ötən ay 39 nəfərə fəlsəfə doktoru, 7 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 4 nəfərə imtina cavabı gəlib.

Fevral ayı ərzində 12 nəfərə dosent, 3 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa