2018-ci ildə “Maarifçi” Tələbə Kredit Fondu universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən, seçim meyarlarına uyğun gələn 48 tələbə ilə təhsil krediti müqaviləsi imzalayıb.
Yenicag.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ildə xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) məqsədi ilə 3366 müraciət daxil olub.
Əvvəlki illərdən icrası başa çatdırılmayan müraciətlər də daxil olmaqla, cari ildə ümumilikdə 3269 sənədin icrası yekunlaşdırılıb. Onlardan 2365 müraciət müsbət cavablandırılıb.
Hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən təhsil alır.
2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6000 nəfərdən çox əcnəbi tələbə təhsil alır.
www.yenicag.az