Ov tüfəngi ilə anasını öldürdü-Video
Türkiyədə dəhşətli qətl hadisə yaşanıb.
Muğla vilayətində 17 yaşlı gənc anasını öldürüb.
Hadisə dünən axşam, saat 21.00 radələrində baş verib. Dostları ilə əylənən 12-ci sinif şagirdi Mehmet evə getdikdən sonra, bilinməyən səbəblər üzündən anası Zibeydə ilə mübahisə edib. Mübahisə böyüdükdə isə atasının ov tüfəngi ilə anasının başına bir dəfə atəş açıb.
Qadın aldığı güllə yarasından yerindəcə keçinib. Mehmet törətdiyi dəhşətli cinayətdən sonra küçəyə çıxaraq “Anamı öldürdüm, məni edam edin” deyərək bağırıb.
Digər bir iddiaya görə isə, oğlu tərəfindən fiziki təzyiqə məruz qalan, döyülən ana qonşu binada yaşayan qaynanasının evinə gedərək, “Qapını aç, oğlum məni öldürəcək” deyə qışqırıb. Qaynana qapını açmağa çalışırkən əlində tüfənglə gəlib çatan Mehmet anasının başına atəş açaraq öldürüb.
Hadisə şahidlərinin sözlərinə görə, ana qatili qorxunc cinayəti törətdikdən sonra küçəyə çıxaraq bağıraraq anasını öldürdüyünü söyləyib.
Hadisədə yerinə gələn polislər 17 yaşlı Mehmeti həbs edərək şöbəyə aparıb. Hazırda faktla bağlı araşdırma aparılır.