!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Övladının siyasi görüşünə görə iftiraya məruz qalan ana – Tənzilə Rüstəmxanlı yazır

!Reklam – Yazi

tenzile-300x224 (1)
Son zamanlar sosial mediada və bəzi saytlarda uşaq evləri ilə bağlı yazılara rast gəldim ki, oxuduqlarım məni çox üzdü. Detallarına varmaq istəmirəm, sadəcə marağıma səbəb oldu və yazılanlar ətrafında araşdırma apardım. Məqsədim yazılanların doğruluq payının nə qədər olduğunu öyrənmək idi.

İttihamlardan biri də tanıdığım bir uşaq evi ilə bağlı idi. Tanımayan insanın oxuduğunda tükləri biz-biz olan yazıları oxuduqca, “insan bilmədiyinin düşmənidir” kəlamı gözlər önünə gəlməkdədir.

Rəfiqə ananın rəhbəri olduğu Gəncə uşaq evi… Əhməd Şafak Azərbaycana gələndə konsertlərindən biri də Gəncə şəhərində baş tutdu. Bu proqramdan bir gün öncə getmişdik Gəncəyə. Sabir Rüstəmxanlı, Sevil Nuriyeva, Avstriya Azərbaycan Dostluq Cəmiyyətinin başkanı Orxan Cifçi və bir çox ziyalılarımız da bizimlə birlikdə idilər.

Gəlmişkən, uşaq evini də ziyarət etdik. Bizi uşaq evinin müdirəsi Rəfiqə Nuriyeva qarşıladı. O, uşaq evi haqqında məlumat verdi. Bu evin necə bir çətinliklə yenidən qurulduğunu, hansı problemlərlə qarşılaşdıqlarını bilirdim. Çünki 1998-ci ildən bu uşaq evini ziyarət edirdim. Təhsil Nazirliyinin balasında olmasına və büdcədən maliyyələşməsinə rəğmən ayrılan vəsait sadəcə ərzağa zorla çatırdı. İlk vaxtlarda uşaqların yuyunması üçün doğru-düzgün bir hamam belə yox idi. Xalça kombinatının uçuq-sökük bir uşaq baxçası idi, suyu maşınla gətirib çənlərə yığırdılar. Qaz belə çəkilməmişdi. Mədəniyyət Universitetini bitirmiş ali təhsilli oğlu Zaur, uşaqlara həm musiqi dərsi verir, həm də baxçanın tikintisində fəhləlik edirdi. Qızı Aidə ali təhsilli müəllimə olmasına baxmayaraq, uşaq evində sıravi işçi kimi çalışırdı. Bu qədər əməyi onlardan başqa kimsə verməzdi. Zaur həm də o uşaq evinin qoruyucusu, anasının yardımçısı idi. Rəfiqə xanım öz imkanları, dost və tanışları olan bəzi xeyirsevər insanlar hesabına uşaq evini normal yaşamalı hala gətirmişdi. Çox ciddi su problemləri vardı, yeni su xəttinin çəkilişi üçün Milli Məclisin sədri Oqtay Əsədovdan (o zamanlar Respublika Su İdarəsində işləyirdi) xahiş etmişdim ki, bura yeni su çəkilsin. Çox sağ olsun, o da qısa bir zamanda problemi həll etdi. Yumşaq mebel alınması üçün maliyyə qaynağı olmadığından Türkiyədəki dostlarımızdan xahiş etdik ki, yardım etsinlər və onlar da bu yardımı əsirgəmədilər. Sonra sünnət olunmamış bəzi oğlan uşaqlarına türkiyəli həkimlərin yardımı ilə şanlı sünnət düyünü təşkil etdik. Bunların hamısı Rəfiqə ananın zəhməti hesabına baş verdi. Bir dəfə Türkiyədə konfransların birinə onunla bərabər qatılmışdıq. Sevil Rəfiqə xanımı da aparmışdı, oteldə birlikdə qalırdıq. Bir gün səhər yeməyinə endiyimdə Rəfiqə xanımı gözü yaşlı gördüm. Nə olduğunu sorduqda, “gecə yuxumda Ququnu (Qalibi mən də çox sevirdim onu) görmüşəm, ağlayırdı”, dedi. Mən dərhal ona zəng edərək danışmaq lazımdır dedim. Belədə Rəfiqə xanım sevgili Ququsu ilə danışdı. Ququ da ondan bir dəst kostyum istədi. O da mütləq alacağam dedi. Mən də Rəfiqə xanıma kostyumu Ququya özümün hədiyyə etmək istədiyimi söylədim.

Rəfiqə xanımın müdiri olduğu uşaq evində kimsəsiz uşaqlara necə can yandırdığını, nələri fəda etdiyini gözləri ilə görən birisi olaraq içimdə hər zaman çox sevinmişəm ki, nə yaxşı uşaq evlərində Rəfiqə ana kimi rəhbərlər var. Valideyn qayğısından məhrum qalmış uşaqlara ana sevgisi ilə yanaşır, onları ürəyinin isti yerində gəzdirir. Başda Mətin adında bir övladımız olmaqla, bir neçə uşağın ali təhsil almasına yardım etmək üçün yaşının o çağında necə əziyyət çəkdiyinin şahidi olmuşam. İnsan doğma balası üçün bu qədər əziyyətə qatlaşar.

Rəfiqə xanımın etdiyi fədakarlıqları burada bir-bir anlatmağa başlasaq, gərək bir kitab yazılsın, sadəcə bir neçəsini yazmaqla məqsədli şəkildə iftira atanlara anlatmaq istədim ki, sizinkisi “çamur at, izi qalsın”dan başqa bir şey deyil.

Bu iftiranı atanın da kimliyini araşdırdım. Həmin uşaq evində belə bir qız uşağı olmayıb, uydurma bir isimlə bu iftiraları atırlar. Onun amacı Rəfiqə xanım deyil, onun üzərindən Sevil Nuriyevanı hədəf almaqdır. Əslində məqsəd də tamamilə budur. Həqiqətən də sizin məqsədiniz uşaq evlərində yaşananlardırsa, çox uzağa getməyin, burnunuzun ucundakı, Bakı və çevrəsindəki uşaq evlərinin durumunu araşdırın. Görün oralarda nələr baş verir, gətirin gündəmə. Yoxsa illər öncə işdən ayrılmış, ağbirçək bir qadına ədəb-ərkan bilmədən bu qədər iftira atmağın gerçək amacı, həmin iftiranı sonda gətirib onun qızına bağlamaq hansı niyyətin məhsuludur? Altı-yeddi il əvvəl atdığınız iftiranı bu gün yetim sevgisi iləmi gündəmə gətirirsiniz?

Sevil Nuriyevanı zaman-zaman mən də tənqid etmişəm, çox ciddi fikir ayrılıqlarımız baş verib, bəzən illərlə danışmadığımız dövrlər olub; mübahisə də etmişəm, amma heç vaxt haqqını yeməmişəm.

Amerikanın Türkiyə üzərində oynadığı oyunları, FETÖ ilə işbirliyi yaparaq dövləti ortadan qaldırma planları, cumhurbaşkanı R.T.Ərdoğanın cəsarəti və Türk Millətinin qəhrəmanlığı ilə suya düşdü, oyun pozuldu. Sevil Nuriyeva da bu müddət ərzində dövlətin yanında durdu, millətin yanında olaraq o tankların önündə dayandı və çevrilişçilərə qarşı çıxdı. Türkiyədə çoxları “nə olur, nə olmaz” deyə, fürsət gözləyərkən, o, gecə ilə televiziya proqramlarında millətin səsini duyurmaya çalışdı. Amerikanyönümlü FETÖ-nun gerçək üzünü xalqa anlatdı və bunları edərkən ölümü də gözə almışdı. İnsan bütün bunları gördükdən sonra düşünür ki, əcəba, 5-6 il bundan öncə işdən ayrılmış bir uşaq evinin müdirəsinin məsələsi bu gün nədən gündəmə gəlir? Sevil Nuriyevanın anası olduğu üçünmü? Sevilin Türkiyənin mənfəətləri üçün sərgilədiyi duruşundan narahat olanların pis xislətindən ola bilərmi? Türkiyə və Azərbaycandakı amerikan uşaqlığını yapan CİA agentləri nədən bu qədər hücuma keçiblər, olmaya Gülən düyməyə basdı? Bunlar yalançı şahidlər və iftiraçılar tapmaqda çox ustadırlar, adı heç bir qeyd dəftərində olmayan, ancaq “danışdırdığınız” qız “gizli şahid” olmasın? Allahdan qorxun, insafsızcasına bu qədər iftira atmayın, bir Azərbaycan xanımının yanında olacağınıza, yoluna kin və nifrətlə çıxmayın.

Allahın ədaləti ilə bir gün hər kəs etdiyini biçəcək. O zaman gec olacaq! Fikirləri qəbul edərsiniz, etməzsiniz, bu, sizin biləcəyiniz işdir. Necə ki, biz 20 ildir FETÖ-yə qarşı dayanmışıq. Biz yazanda iftira atanların əksəriyyəti bu gün bizdən daha çox anti-fətullahçı olub. Ancaq biz öz çizgimizdəyik. Bizim çizgimiz dövlətin çizgisidir. O çizgi ki, daim yanında olduğumuz və Türkiyənin qədər anında bizi böyük dövlət adamı olduğuna dair fikirlərimizdə zərrə qədər yanıltmayan Dövlət Baxçalının çizgisidir. Bu gün Paralelə dəstək olub, onun planlarını Azərbaycanda həyata keçirmək istəyənlər, sözdə partiya lideri olub, ancaq ətrafındakıların Gülənə işlədiyindən xəbərsiz olanlar unudurlar ki, fətullahçılardan onlara dəstək olan, “nə istədiniz, vermədik” deyən insanlara belə fayda deyil, zərər gəldi. Siz indi istifadə olunmağınızın nə vaxtsa işə yarayacağınımı sanırsınız? Yanılırsınız və Gülən üçün günahsız birinə iftira atıb, haqqı nahaqqa qurban verirsiniz… Ancaq bilin ki, haqq nazilər, fəqət heç vaxt üzülməz!

Tənzilə Rüstəmxanlı, 10 avqust, Bakı
621 DƏFƏ OXUNUB
musavat.com Tam versiyası Рейтинг@Mail.ru

COP29

www.yenicag.az

956
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv