!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oxucular cərimələnmiş jurnal üçün 25 milyon pul topladılar

!Reklam – Yazi

Məhkəmə tərəfindən külli miqdarda cərimə kəsilmiş jurnalı oxucular xilas etdi.

Yenicag.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın Tver rayon məhkəməsi müxalifyönlü “The New Times” jurnalını 22 milyon rubl məbləğində cərimələyib.

Məlumata görə, məhkəmənin bu qərarı adıçəkilən jurnalın özünün xaricdəki maliyyə mənbələri haqqında məlumatı vaxtında təqdim etməməsi ilə əsaslandırılıb.

Jurnalı 22 milyon rubl məbləğində cərimələyən məhkəmə nəşrin baş redaktoru Yevgeniya Albatsa da 30 min rubl pul cəzası kəsib.

Jurnalın və özünün cərimələnməsinə münasibət bildirən Albats məhkəmənin bu qərarını siyasi motivlərlə əlaqələndirib.

Bu qədər məbləği ödəmək imkanında olmayan jurnal dəstək üçün oxuculara müraciət edib.

Bu çağırışa səs verən oxucular cəmi bir həftə müddətində tələb olunan məbləğdən daha artıq – 25,4 milyon rubl toplayaraq, “The New Times” jurnalının bağlanmasına imkan verməyiblər.

COP29

www.yenicag.az

4507
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv