Özbəkistan Mərkəzi Bankı hər bir istifadəçiyə verilən bank kartlarının sayını məhdudlaşdırıb.
Yenicag.az Gazeta.uz-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankı tənzimləmə həyata keçirib.
Yeni qaydaya əsasən, bir fiziki şəxs bir bankda maksimum 5 karta, ümumilikdə isə virtual kartlar da daxil olmaqla, bütün banklarda 20-dək karta malik ola bilər.
Sözügedən tələbin xarici valyutada açılan kartlara şamil edilmədiyi bildirilib.
Bundan başqa, banklara fiziki şəxslərin kartları üzrə 12 ay ərzində heç bir əməliyyat aparılmadıqda kart sahibinə məcburi məlumat verilməklə bloklanması tapşırılıb.
www.yenicag.az