Özbəkistan prezidenti Şövkət Mirziyoyev ölkənin növbəti 5 ili əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramının təsdiq edilməsi barədə fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, fərmana əsasən Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub. (azvision.az)