!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Özlərini təmizə çıxartmaq üçün danışırlar...” – Partiya sədrindən etiraz

!Reklam – Yazi

“Yaxın keçmişdə yaşanan hadisələrə verilən istənilən qiymət subyektiv olur”.

Bunu Yenicag.Az-a açıqlamasında ölkədə 1992-93-cü illərdə baş verən proseslərlə bağlı təftişçilik meyillərinin güclənməsini şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib:

“24-25 il əvvəlki hadisələrə qayıtmaq, o zaman baş verənləri fərqli şəkildə cəmiyyətə sırımağa çalışmaq heç bir halda düzgün deyil . Ən azı ona görə ki, yaxın keçmişdə yaşanan hadisələrə verilən istənilən qiymət subyektiv olur.

Doğrudan da, son vaxtlar 1992-93-cü illərdə cərəyan etmiş proseslərin adlarını çəkmək istəmədiyim müxtəlif tanınmış iştirakçıları o dövrlə bağlı geniş müsahibələr verir, özlərini təmizə çıxarmaq üçün danışırlar. Bununla cəmiyyətddə reabilitasiya olacaqlarını düşünürər.

Ümumiyyətlə, yaxın keçmişlə bağlı dəyərləndirmə aparmağa ehtiyac yoxdur. Çünki həmin proseslərin iştirakçıları olmuş şəxslər o hadisələrə obyektiv qiymət verə bilməzlər, istər-istəməz subyektiv yanaşma alınacaq.

Ona görə də yersiz mübahisə və müzakirələrə əsas yaratmamaq üçün subyektiv fikirlər səsləndirmək lazım deyil. Fikrimcə, o proseslərə obyektiv münasibəti məlum hadisələrdə iştirak etməyən, maraqları olmayan şəxslər bildirə bilərlər.

Biz bu gün neçə əsr əvvəl baş verən tarixi hadisələr barəsində tərəfsiz danışırıqsa, 50 və ya 100 il sonra gələnlər də indiki dövr haqqında obyektiv qiymətləndirmə aparacaqlar”.

A.Zeynalov
Yenicag.Az

 

COP29

www.yenicag.az

1134
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv