Özünü kinoya həsr edən ADAM – Rejissor Həsən Seyidbəylinin ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

Çəkdiyi filmlərin hər biri ayrı-ayrılıqda  milli kinomuzun şedevrləri sayılır. İstər ssenari, rejissor işi, istərsə də bədii keyfiyyət və aktyor oyununa görə onun filmləri bənzərsizdir.

Söhbət Azərbaycan kinosuna “Nəsimi”, “Bizim Cəbiş müəllim”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları”, “Telefonçu qız”, “Uzaq sahillərdə” və daha neçə-neçə gözəl filmlər bəxş edən məşhur rejissor Həsən Seyidbəylidən gedir. Bu gün onun xatirə günüdür.

Həsən Seyidbəyli eyni zamanda novator bir rejissor idi. Kinomuzda pafosdan uzaq fərqli bir kino üslubu yaratdı və üslubu ilə nəinki sevildi, adını kino tarixinə əbədi olaraq həkk etdi. Sənətinə sonsuz aşiq idi. Elə buna görə də filmlərini tamaşaçıya sevdirə bilirdi. Onun filmlərində əsas qəhrəmanlar qadınlardır. Cəmiyyətdə qadının rolunu önə çəkmək onun filmlərində ana xətt kimi keçir. Bu xətt eyni zamanda onun qadına olan münasibətinin nəticəsi idi.

Aktyorlarına qarşı da həddən artıq nəzakətlə davranmağı bacarırdı. Filmlərinə məşhur aktyor və aktrisaları çəkmirdi. Gənc istedadları önə çəkməyi xoşlayırdı və həmin aktyorların məşhurluğa gedən yolunda yaşıl işıq yandırırdı. Xalq artistləri Rasim Balayev, Xalidə Quliyeva, Şəfiqə Məmmədova, Səfurə İbrahimova Həsən Seyidbəylinin çox sevdiyi və istedadını üzə çıxardığı belə məşhur sənət adamlarındandır.

Nə qədər ki milli kinomuz yaşayır, Həsən Seyidbəyli də filmləri ilə bərabər yaşayacaq.

Cəvahir

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600