Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pandemiya rus fahişələrini də “vurdu”: Borclu qalanlar, kreditlə ödəyənlər, hətta...

Koronavirus pandemiyasının ağır təsirlərinə məruz qalan Rusiya fahişələri müştərilərini itirməmək üçün müxtəlif variantlara əl atıblar.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada seks xidməti göstərən qadınların çoxu ödənişin yarısını nağd, yarısını isə sonradan qəbul etməyə başlayıblar. Hətta xidmətdən istifadə edənlər üçün “borc dəftəri” də açılıb.

Bu barədə Rusiyada keçirilən “Seks İşçiləri Forumu”nda çıxış edən qurumun meneceri Marina Avramenko bildirib.

Onun sözlərinə görə, pandemiya seks işçilərinə də ağır zərbə vurub:

“Müştəri sayı çox azalıb. İşləri davam etdirmək üçün bəziləri eyni ödəniş qarşılığında daha çox xidmət göstərməyə, bəziləri isə təhlükəli şərtlərlə razılaşmağa məcbur olur. Hətta sadəcə, yemək qarşılığında xidmət göstərməyə vadar olanlar da var”.

Avramenko bildirib ki, pandemiya dövründə əksər seks işçiləri cəmi 1000-5000 rubl qazana bilirlər.

Loading...

www.yenicag.az

1198
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100