Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər həyatını itirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutka ərzində COVID-19 infeksiyası ilə əlaqədar 226 min 452 nəfər test edilib, onlardan 14 min 497-nin koronavirus testi pozitiv nəticə verib, 22 min 253 nəfər sağalıb, 2 min 975 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 589 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 59 min 433 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 766 min 124 nəfəri müalicə olunaraq evə buraxılıb.
www.yenicag.az