Parataekvondo millimiz təlim-məşq toplanışına start verdi
Azərbaycanın kişi parataekvondoçulardan ibarət millisi Bakıda təlim-məşq toplanışına start verib.
Yenicag.az xəbər verir ki, sentyabrın 18-dək davam edəcək toplanışda yığma üzvləri – Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), Amin Əliyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq) və Orxan Cəfərov (80 kq) iştirak edirlər.
Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən hazırlıq prosesinə baş məşqçi Fərid Tağızadə və məşqçi Yaşar Səfərov rəhbərlik edirlər.