Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb

media-hightechnic-468x90

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb.

Yenicag.az xəbər verir ki, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 bürünc, 8 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600