Parisin mərkəzində silahli insident: Yaralılar var

Fransanın paytaxtı Parisin mərkəzində atışma olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Məlumata görə, hadisə Yelisey Sarayı yaxınlığında baş verib. Naməlum şəxslər avtomobildə oturan insanlara atəş açıblar. Nəticədə 2 nəfər yaralanıb.

Hadisəni törədən şəxslər qaçaraq gizləniblər. Yaralılara ilk olaraq polis əməkdaşları kömək edib. Bundan sonra onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hadisə ilə bağlı təhqiqat aparılır.