!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirildi

!Reklam – Yazi

Aprelin 17-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə “Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmə keçirilib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Prezident İlham Əliyevin Hacıqabulda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışına toxunaraq dünyada baş verən hadisələrin, ətraf mühit və iqlim dəyişikliklərinin bütövlükdə bəşəriyyəti düşündürdüyünü deyib. Qeyd edib ki, insanların gələcəyinin, bütövlükdə planetimizin varlığının ekoloji problemlərin həllindən asılı olması artıq təsdiqlənib.

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan komitə sədri ölkəmizin işğaldan azad olunmuş ərazilərinin “Yaşıl enerji” zonası elan olunmasının əhəmiyyətindən söz açıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu il Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görüləcək işlərə toxunub, ölkəmizdə ekoloji sağlamlığın təmin olunması, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımların atıldığını söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında deyib ki, Prezident İlham Əliyevin 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etməsi dövlətimizin ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə böyük diqqətinin və qayğısının təzahürüdür. Ölkəmizdə texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı çərçivəsində ekoloji təmizliyin təmin olunmasında texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayan komitə sədri bu istiqamətdə atılan addımlardan danışıb.

Səhiyyə nazirinin müavini İlqar Qasımov mövzu ilə bağlı bu sahədə görülən işlər barədə ətraflı məlumat verib, Azərbaycanda ana və uşaq sağlamlığına göstərilən dövlət qayğısı barədə danışıb.

Dinləmədə Azərbaycanın 30 il ərzində məruz qaldığı ekosidin nəticələrindən danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərdən bəhs edib, COP29 çərçivəsində qadınların qərarvermə prosesində fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında kənd təsərrüfatının ətraf mühit və iqlim dəyişikliklərindən ən çox təsirlənən sahə olduğunu və bu təsirin dünyada ərzağa olan tələbatın durmadan artması ilə daha da dərinləşdiyini bildirib. O, torpağın dayanıqlı istifadəsi, pestisid və gübrə istifadəsinin normaları, həmçinin su ehtiyatlarının müasir suvarma texnologiyalarının tətbiqi ilə səmərəli istifadəsinin təmin olunması barədə fikirləri ilə bölüşüb.

Dinləmədə çıxış edən Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputatlar Jalə Əliyeva, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev, İltizam Yusifov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, QHT nümayəndələri Nigar Məmmədova və Firuzə Sultanzadə çıxış edərək dinləmənin əhəmiyyətini vurğulayıblar. Sağlam ailə modelinin hüquqi aspektlərinə toxunan çıxışçılar əhalinin sağlamlığının müdafiəsinin vacibliyini şərtləndirən amillərdən söz açıb, ətraf mühitin mühafizəsinin gücləndirilməsinin və ekoloji maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.

Sonra müvafiq komitələrin sədrləri, həmçinin dövlət qurumlarının nümayəndələri deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər.

COP29

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv