Paşinyan-Putin görüşünün görünməyən tərəfləri: İrəvanı nə gözləyir?

media-hightechnic-468x90

“Bu, açıq şəkildə Rusiyapərəst qüvvələrə dəstək mesajı idi”

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfərini şərh edib.

Politoloq bildirib ki, 7 iyun seçkiləri ərəfəsində Ermənistan həm Rusiya, həm də Qərbin maraqlarının toqquşduğu əsas məkana çevriləcək kimi görünür.

“Bu fon, Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə görüşünü və səfərini xüsusi əhəmiyyətli edir. Görüşün bir məqsədi seçki öncəsi Moskva ilə münasibətlərin stabilliyini göstərmək, daxili auditoriyaya, xüsusilə Rusiyaya meylli müxalifətə Paşinyanın “Putinlə problemi yoxdur” mesajını ötürmək idi.

Eyni zamanda, səfərin digər məqsədi Rusiyanın seçki prosesinə müdaxiləsini azaltmaq idi. Gərginliyin artdığı bir vaxtda Paşinyanın Putinlə təmasların davam etdiyini nümayiş etdirməsi onun hakimiyyəti üçün zəruri olan manevrdir. Hazırda onun əsas rəqibləri Moskva ilə yaxın əlaqələrə malikdir: Robert Koçaryan şəxsi dostluğu sayəsində hakimiyyət dəyişikliyinə ümid bəsləyir, yeni siyasi oyunçu kimi qiymətləndirilən rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda “Kremlin missiyası”nı icra edir, kilsə məsələsində isə Rusiya II Qareginə dəstəyini saxlayır.

Görüş zamanı Putin Ermənistandakı bütün siyasi qüvvələrin seçkidə iştirakının təmin edilməsini, həmçinin Rusiyada yaşayan 2 milyon erməninin səsvermə hüququnun qorunmasını vurğuladı. Bu, açıq şəkildə Rusiyapərəst qüvvələrə dəstək mesajı idi. Bununla belə, İrəvanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına rəğmən, Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində istənilən addımın qəbuledilməz adlandırılması Paşinyanın siyasi kursuna dair narazılığı ortaya qoydu.

Ermənistan hakimiyyəti seçki risklərini müxalifətin bağlı olduğu xarici qüvvələrin təsirindən qorumağa çalışır. Paşinyan üçün görüşün nəticəsi ürəkaçan olmasa da, İrəvanda yaxşı başa düşülür ki, Moskva seçkilərdən öz mövqelərini gücləndirmək fürsəti kimi istifadə etmək niyyətindədir. Buna görə də Ermənistan Avropa İttifaqından dəstək gözləyir və Brüsselin Moldova nümunəsinə uyğun olaraq İrəvana “xüsusi missiya” göndərmək planları mövcuddur”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05