Paşinyan xalqdan üzr istədi
Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl sosial şəbəkədə qeyd etdiyi nalayiq ifadəsinə görə ictimaiyyətdən üzr istəyib.
Yenicag.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Baş nazir müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.
Baş nazirin sözlərinə görə, o, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməlidir. pizza sifarişi
Paşinyan üzr istəməsini “dövlət və demokratik təsisatlara dözümlülük və hörmətlə” izah edib.
Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.