!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Pəncə” hərəkatında daha 5 terrorçu zərərsizləşdirilib

!Reklam – Yazi

Türkiyə hərbçiləri İraqın şimalında keçirdikləri əməliyyat zamanı daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı xəbərdə qeyd edilib.

Məlumata görə, əməliyyat Xakurk və Zal rayonlarında aparılıb.

Qeyd edək ki, Türkiyə Hərbi Qüvvələri bu rayonlarda əməliyyatlara mayın 28-də başlayıb. Əməliyyatlara xüsusi təyinatlılar, eləcə də “Atak” vertolyotları cəlb olunub.

Ümumilikdə bu əməliyyat başlayandan 43 terrorçu məhv edilib.

www.yenicag.az

1469
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv