Pərvin özünü ən bahalı aktrisa elan etdi: “Hər məbləğə çəkilmərəm”

media-hightechnic-468x90

“Durub hər təklifə razılıq verib, hər məbləğə, hər ssenariyə çəkilə bilmərəm”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva aparıcı Tarix Əliyevin “Səmimi” “YouTube” layihəsində deyib.

Özünü ən bahalı aktrisa hesab edən sənətçi hər seriala çəkilmədiyini və hər məbləğə razılaşmadığını bəyan edib:

“Nə istədiyimi bilən adamam. Canıma, özümə dəyər verirəm. Sənətdə ilk addımlarımı atdığım vaxtlarda təcrübə yığmaq adına hər yerdə görünməyə, işləməyə çalışırdım. Amma artıq 15 ildir ki, bu sənətdəyəm. İndi durub hər təklifə razılıq verib, hər məbləğə, hər ssenariyə çəkilə bilmərəm. Razılıq verməyim üçün büdcə və komanda yüksək səviyyədə olmalıdır”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05