“Şou-biznesdəkilərin çoxunda olmayan şeylər məndə var”.
Yencag.az xəbər verir ki, aktrsia Pərvin Abıyeva qalmaqallı açıqlaması ilə şou aləmində yeni “tufan” yaradıb:
“Yoxluğuma sevinib özünü ulduz hesab edənlər var. Ey, ağıllı olun! Mən İstanbula köçüb orada yaşaya bilərəm amma mənim yerimi tuta bilməyəcəksiniz.
Demirəm, mən dünya gözəliyəm, amma qısqanılacaq tipajam. Mənə elə gəlir ki, şarmım var.
Şou-biznesdəkilərin çoxunda olmayan şeylər məndə var və öz üzərimdə aşırı çalışqanam. Amma mən bizdə onu görmürəm.
Nəyəsə görə hamının gözünə mən batıram, insanları pis və ya yaxşı mənada cəlb edirəm.
Üzərimdən nə qədər insan gündəmə gəlib və bugün məşhurdular. Yoxluğumu özlərinə avantaj bilirlər.
Faktiki olaraq bu gün Azərbaycan film sahəsində gənclərdən yeganə mənəm”.
ARB-nin “Şou Nyus” verilişindən olan görüntüləri təqdim edirik.
Nehru
www.yenicag.az