Pezeşkian: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq"
Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq.
Yenicag.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.
“Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq”, – Pezeşkian söyləyib.