Platini: “Mən hər şeyin yaxşı olmasını istəyirəm”
Bir günlük Ermənistana səfər edən Mişel Platini bu ölkə və Azərbaycan arasında münasibətləri şərh edib.
“Futbolda irqçiliyə, həmçinin futbola da təsir edən Ermənistan və Azərbaycan arasında münasibətlərə gəldikdə isə problemlər bütün dünyada var. Biz sadəcə onların həllinə yardımçı olmaq istəyirik. Bəzi məsələləri asan, bəzilərini isə çətinliklə həll etmək olur. Futbol çərçivəsində hər şeyi etməyə çalışırıq. Ermənistan və Azərbaycan arasında siyasi məsələdir və UEFA-dan asılı deyil. Mən hər şeyin yaxşı olmasını istəyirəm”, – deyə Platini vurğulayıb.