Azərbaycanda yol polisi arvadını bıçaqladı

media-hightechnic-468x90

Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs polisə gedərək könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sevindik Məmmədov Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşıdır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa