!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“...Polis işə qarışacaq” - Metrodakı rəzalətlə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

!Reklam – Yazi

Son vaxtlar Bakı metrosunda qeyri-etik hərəkətlərə yol verən sərnişinlərin videosunun sosial şəbəkələrdə yayılması geniş yayılıb.

Yenicag.az xəbər verir ki, metroda sərnişinlərin narazılığına səbəb olan növbəti biabırçı video sosial şəbəkələrdə yeni müzakirələrə səbəb olub.

Görüntülərə əsasən, vaqondakı xanım qatarda ayaqqabısını çıxararaq, qeyri-etik tərzdə corabını dəyişib. Bundan sonra ayağından çıxardığı corabı iyləyərək, sərnişinlərin əyləşdiyi oturacağa atıb.

Corablarının dəyişən zaman bədəninin intim yerlərinin görünməsindən narahat olmayan qızın nümayişkar davranışı bir müddət davam edib.

Yeraltı nəqliyyatda belə biabırçı hərəkətlərlə bağlı Yenicag.az -a açıqlama verən “Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məsələyə münasibəti belə olub:

“Metroda sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək Metropoliten işçilərinin əsas vəzifəsidir. Biz sərnişinlərin hərəkətlərinə yalnız qanun çərçivəsində müdaxilə edə bilərik.

Əgər sərnişinlərdən kimsə metroda ictimai asayiş pozulubsa, o halda polsi işə qarışa bilər. Laikn heç kəsə deyə bilmərik ki, ədəb qaydaların gözlə və s. Bunu o hərəkətlərdən narahat olan sərnişinlər deyə bilər ki, rahatlığımıza mane olursan.

Həmin sərnişindən şikayət edilərsə, bu halda, qanun çərçivəsində sərnişinlərin rahatlığını pozan şəxslə bağlı cəza tədbiri görülə bilər. Bu məsələlərdə daha çox sosial şəbəkələr və ictimai qınaq rolunu oynamalıdırlar”.

Cəvahir

www.yenicag.az

6199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv