Reklam

Reklam

49816Türkiyənin Şırnak vilayətində hüquq mühafizə orqanları ilə PKK terrorçuları arasında insident yaşanıb.

Avropa.info xəbər verir ki, terrorçulardan biri polisə əl qumbarası atmaq istəyərkən qumbara terrorçuların olduğu maşında partlayıb.

Əldə olunan məlumata görə Şırnakın Silopi rayonunda polis şübhəli avtomobili saxlamaq istəyib. Polisə tabe olmaqdan boyun qaçıran terrorçular polislərə əl qumbarası atıblar.

Daha sonra terrorçular ikinci dəfə qumbara atmaq istəyərkən qumbara maşında partlayıb və ikisi qadın olmaqla 3 terrorçu həlak olub.

Avtomobildə aparılan axtarış nəticəsində bir kalaşnikov tipli avtomat silahı, iki güllə darağı, bir tapança və iki qumbara aşkarlanıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 179
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."