Polisi əzən “Porsche”nin sürücüsü həbs olundu
Yol polisini əzən “Porsche”nin sürücüsü Əliağa Kürçaylı saxlanılıb.
Ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə gündəmə gələn sürücü artıq cəzalandırılıb.
Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olan və onun adını daşıyan nəvə Əliağa ilə bağlı 15 sutka inzibati həbs qərarı çıxarılıb.
Qeyd edək ki, o, 90 KF 155 dövlət nömrə nişanlı “Porsche Cayenne” markalı avtomobili ilə polisin əmrinə tabe olmayıb. Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb.