!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Polisin də, səfirliyə hücum edənlərin də davranışlarında qəribəlik var idi" - Keçmiş XİN başçısı

!Reklam – Yazi

“Londonda baş verənlər İranın daxilində gedən proseslərin tərkib hissəsidir”.

Bu sözləri Azərbaycanın Londondakı səfirliyinə edilən hücuma münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.Tofiq Zülfüqarov bildirib ki, Londonda baş verən hadisə Azərbaycanla yox, İranın daxilndəki proseslərlə bağlı idi:

“Həm sünni, həm şiə müsəlmanlarda bir-birindən fərqlənən dini istiqamətlər var. Londonda baş verənlər İranın daxilində gedən proseslərin tərkib hissəsidir.

Bəzən bizdə diplomatları tənqid edirlər ki, niyə müqavimət göstərmədilər. Əminəm ki, orada olan diplomatlar düzgün hərəkət ediblər. Rəşad Vahabzadə müvəqqəti işlər vəkilidir. Bəxtiyar Vahabzadənin oğludur. Ondan başqa digərləri də vətənpərvər və professional insanlardır. Onları sosial şəbəkədə tənqid edirlər. Hesab edirəm ki, biz bundan uzaq olmalıyıq.

Bəzən mühafizə sistemi ilə bağlı da tənqidlər səsləndirilir. Səfirliyə hücum edənlər balkondan giriblər. Kadrlara baxanda arxada dəmir barmaqlıqlar görünür. Bu o deməkdir ki, təhlükəsizliklə bağlı düyməni basıblar. Səfirlikdə məlumat olub. İngiltərə polisi onlarla məşğul olmalı idi. İçəridən atəş açılsa, ingilis vətəndaşına güllə dəysəydi, bunun siyasi fəsadları ağır olacaqdı. Polisin də, səfirliyə hücum edənlərin də davranışlarında qəribəlik var idi. Hesab edirəm ki, bu kampaniyaya son qoymaq lazımdır. Onlar da bizim vətənin övladlarıdır. Hadisə nəticəsində itki vermədiyimiz və başqa fəsadlar olmadığı üçün, əslində, sevinməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

841
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv