Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Polisin saxladığı şəxs şöbədə özünü doğradı

Bakıda ictimai asayişi pozan şəxs tutulub.

Yenicag.az xəbər verir ki, noyabrın 26-da saat 23 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində Ağcabədi rayon sakini, əvvəllər soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərinə görə məhkum olunmuş F.Həsənov ictimai qaydanı pozduğu üçün həmin ərazidə xidmət aparan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan 1 ədəd bıçaq aşkar edilərək götürülmüş və sərxoş halda olması müəyyən edilib.

Şöbədə F.Həsənov ağzında gizlətdiyi lezviya ilə özünün sağ qol nahiyəsinə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən həkim briqadası çağırılıb və ona zəruri tibbi yardım göstərilib.

Toplanmış material Sabunçu rayon prokurorluğuna göndərilib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1971
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM