!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşa prezidentinin həyat yoldaşı Trampı pərt etdi – VİDEO

!Reklam – Yazi

Polşanın birinci xanımı Aqata Kornhauser-Duda rəsmi tədbir zamanı ABŞ prezidenti Donald Trampın əlini sıxmaqdan imtina edib.

Yenicag.az-ın xəbərinə görə, Polşa prezidenti Anjey Dudanı salamlayan Tramp onun xanımına da əlini uzadıb. Lakin Kornhauser-Duda Trampın əlini sıxmayaraq, Melaniya ilə görüşüb.

Sosial şəbəkələrdə bu hadisə ilə bağlı bir çox istifadəçi qeyd edib ki, Polşada etik qaydalara görə, kişilər qadınların əlini sıxmır.

Qeyd edək ki, Tramp bu gün gecə Varşavaya gəlib. Onun Polşa səfəri iki gün davam edəcək.

Xatırladaq ki, daha əvvəl, may ayının sonlarında ABŞ-ın birinci xanımı Melaniya Tramp Tel-Əviv hava limanında təyyarədən endikdən sonra ərinin əlini tutmaqdan imtina edib. Jurnalistlərin lentə aldığı kadrlarda prezidentlə xanımının qırmızı xalça üzərində getdiyi, Trampın əlini Melaniyaya uzatması, lakin xanımının onun əlini geri çevirməsi görünür.

Yenicag.az

www.yenicag.az

1318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv