Poroşenko cəbhə xəttinə baş çəkəcək
Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Donetsk vilayətinə baş çəkəcək.
Dövlət başçısı sənaye müəssisələri və Mariupolun nəqliyyat infrastrukturu obyektlərində olacaq.
Xatırladaq ki, Mariupol şəhəri 5 sentyabrda Minskdə əldə olunan atəşkəs razılaşmasından əvvəl ən şiddətli döyüşlərin getdiyi yaşayış məntəqəsidir. Rusiyadan canlı qüvvə və hərbi texnika dəstəyi olan separatçılar şəhərə yaxınlaşa bilsə də atəşkəs razılaşması şəhər uğrunda döyüşlərə son verib.
Rusiya mediası isə Ukrayna ordusunun növbəti hücumlarının məhz Mariopuldan başlayacağını bildirirlər. Bu baxımdan da Poroşenkonun Mariupola səfəri Rusiya tərəfdən diqqətlə izlənilir.
Qeyd edək ki, Donetsk vilayətinin dövlət administrasiyası hazırda Mariupol şəhərində yerləşir.