!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Poroşenkonun ikinci turda qalib gəlmək şansı dumanlı görünür” – Mixail Neyjmakov

!Reklam – Yazi

“Administrativ resurslar Zelenski ilə səs fərqinin aradan qaldırılmasına yetməyə bilər”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynada martın 31-də keçirilmiş prezident seçkilərinin birinci turunun nəticələrini və ikinci tura keçmiş namizədlərin şanslarını dəyərləndirən rusiyalı politoloq Mixail Neyjmakov deyib.

Neyjmakovun sözlərinə görə, seçkilərin ikinci turu Petro Poroşenko üçün daha çətin olacaq:
“Nəzərə almaq lazımdır ki, Ukraynada prezident seçkiləri oktyabrın 27-nə təyin olunmuş parlament seçkilərindən cəmi bir neçə ay əvvələ təsadüf etdi. O baxımdan, Ukraynanın əsas siyasi qüvvələri və siyasətçiləri belə üzücü, ikimərhələli kampaniyanın girovuna çevrilirlər.

Prezident seçkilərinin nəticələrinə əsasən, ilk üçlüyü Vladimir Zelenski (“Xalqın xidmətçiləri” partiyası), Petro Poroşenko (“Həmrəylik” bloku) və Yuliya Timoşenko (“Batkivşina” partiyası) tamamlayır.

İndiki halda qarşıdan gələn parlament seçkiləri Zelenski ilə müqayisədə Poroşenko üçün daha çətin məsələ olacaq. Çünki Poroşenko özünün bütün resurslarını məhz prezident seçkilərinə yönəltdi.

Hətta 2014-cü ildə də prezident seçkilərində qalib gələn Poroşenkonun partiyası parlament seçkilərində eyni uğuru təkrarlaya bilmədi. Ona görə də, Poroşenko öz nüfuzunu yüksəltməyə Rusiyaya yönəlik ritorikanı sərtləşdirməklə nail ola bilər. Yəqin ki, parlament seçkiləri ərəfəsində bunu görəcəyik.

Prezident seçkilərinin ikinci turuna gəldikdə isə Poroşenkonun şansları yetərincə dumanlı görünür. Administrativ resurslar Zelenski ilə səs fərqinin aradan qaldırılmasına yetməyə bilər. Bu səbəbdən, Poroşenkonun ikinci tura daha güclü “kozır”larla getməsi tələb olunur. Zelenski isə prezident seçkilərinin ikinci turunda qalib gələrsə, parlament seçkilərində daha ehtiyatla davranacaq”.

Qafqaz Ömərov

COP29

www.yenicag.az

4609
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv