Portuqaliya-Azərbaycan oyun vaxtı açıqlanıb
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda keçiriləcək.
Artıq qarşılaşmaların keçiriləcəyi stadion və oyunların başlanma vaxtı müəyyənləşib:
17 mart 2015-ci il
15.00 Portuqaliya – Serbiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
19.00 Xorvatiya – Azərbaycan
“Bakcell Arena”
19 mart 2015-ci il
15.00 Serbiya – Xorvatiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
19.00 Portuqaliya – Azərbaycan
“Bakcell Arena”
22 mart 2015-ci il
19.00 Xorvatiya – Portuqaliya
“Bakı”nın Təlim-Məşq Bazası
19.00 Azərbaycan – Serbiya
“Bakcell Arena”