Prezident Allahşükür Paşazadə ilə görüşüb

media-hightechnic-468x90

3D98xhe7ndS3Pakistan prezidenti Məmnun Hüseyn Bakıdakı Əjdərbəy məscidində olub.

Pakistan dövlət başçısı məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

A. Paşazadə görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Pakistan prezidentlərinin dostluq münasibətləri xalqlarımız arasındakı əlaqələrin təzahürüdür.

Şeyxülislam vurğulayıb ki, Pakistanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Prezident M. Hüseyn isə Azərbaycana səfərindən, keçirdiyi çoxsaylı görüşlərdən, ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən məmnunluğunu bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600