Prezident: "Azərbaycan Türkmənistanla təbii qaz ilə bağlı svop əməliyyatlarına başlayıb"

media-hightechnic-468x90

“Azərbaycan Türkmənistan ilə təbii qazla bağlı svop əməliyyatlarına başlayıb. Bu, Azərbaycanın qaz sənayesində artan tələbatı və daha böyük həcmdə qaza ehtiyacı nəzərə aldıqda bu olduqca vacibdir”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Azərbaycanın, həmçinin beynəlxalq neft şirkətləri ilə də işi davam etdirdiyini diqqətə çatdıran dövlət başçısı bildirib:

“Biz istismarda olan və növbəti ildən istismara veriləcək yeni yataqlardan, o cümlədən Abşeron qaz-kondensat yatağından qaz hasilatını artırmağı planlaşdırırıq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05