Prezident çağırış etdi

media-hightechnic-468x90

418465743c8e73af52822204c3ab928cUkrayna prezidenti Pyotr Poroşenko Rusiya, Belarus və Qazaxıstanı onun Donbasdakı vəziyyətin nizamlanmasına dair sülh planını dəstəkləməyə çağırıb

“Mən əminəm ki, bu plan bugünkü gün aktual və qan azıdılmasını dayandıracaq və Donbasın münaqişədən sonrakı bərpasını təmin edəcək yeganə mümkün vasitədir”, deyə prezident Minskdə Ukrayna-AB-Avrasiya üçlüyünün görüşündə bildirib.

Ukrayna prezidenti həmçinin sülh nizamlanması üzrə müxtəlif təklifləri müzakirə etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, onun əsas məqsədi Ukraynanın şərq bölgələrində yerli əhalinin maraqları nəzərə almaqla sülhə və sabitliyə nail olmaqdır.

Poroşenko həmçinin Ukraynanın sərhədlərində nəzarətin bərpa olunmasının vacibliyini qeyd edib və girovların hamısının dərhal azad olunmasına çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600