Prezident daha bir xalq artistinə ev verdi - FOTO

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Heydər Anatolluya ev bağışlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə H.Anatollu Oxu.Aaz-ın əməkdaşı ilə söhbətində bildirib.

Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

“Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa