“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə Dövlət Komissiyasının tərkibi dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncamda bildirilib.
Sərəncamla “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1188; 2016, № 8, maddə 1384; 2018, № 6, maddə 1297) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Dövlət Komissiyasına tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
www.yenicag.az