Prezident idarə rəisini işdən çıxardı
Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Rəşad Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az modern.az-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilsin.
Qeyd edək ki, Rəşad Məmmədov 27.04.2011-ci il tarxində Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilmişdi.