!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Prezident oğlunun elçi düşdüyü azərbaycanlı müğənni: “Ona qadağa qoydular ki…” - Flora Kərimovadan ŞOK FAKT

!Reklam – Yazi

“Elmira xanım Azərbaycan musiqi tarixində bir epoxadır. O bir sülh göyərçini idi, keçmiş Sovet İttifaqı ilə Hindistan arasında körpü yaradan bir sənətkardır”.

Bunu xalq artisti, tanınmış sənətkar Elmira Rəhimovanın doğum günündə həmkarı Şöhrət ordenli Flora Kərimova Yenicag.az-a açıqlamasında deyib.

F.Kərimova səhhəti ilə əlaqədar uzun illərdir ki, efirlərdən və sənət aləmindən uzaq düşən Elmira Rəhimovanın vaxtaşırı yada salınmasına çağırış edib:

“O, sıradan bir sənətkar deyil. Bunu mütləq demək lazımdır. Elmira Rəhimova sənətkarlar tarixində fəxrlə adı çəkilən bir səs sahibidir.
Elmira xanımın səhhətində problemlər var. Buna görə heç yerə getmir. Amma ona insanlar tərəfindən olunan unutqanlıq başa düşülməzdir. Özünə hörmət edən, sənəti nəhəng olan bir sənətkar efirlərə çıxmasa da, onu vaxtaşırı yada salmaq, musiqilərini səsləndirmək lazımdır. Xalq bilməlidir ki, onun belə bir sərvəti var. Yaradan ona qıymasın. O, ailəsinə, övladına münasibəti ilə seçilib. Namuslu, ləyaqətli xanım kimi də adını musiqi tarixinə yazıb”.

F.Kərimova sənət dostu ilə bağlı maraqlı fakt açıqlayıb:

“Elmira xanım keçmiş Sovet İttifaqında Hindisana təhsil almağa gedən ilk azərbaycanlı xanımdır. Hindistanın baş naziri Cəvahirləl Nehru Bakıya gələndə onun şərəfinə verilən konsertdə Elmira Rəhimova da çıxış etmişdi. Səsini bəyəndiyi üçün baş nazir onu Hindistanın ən məşhur akademiyasında təhsil almağa dəvət etmişdi.

Elmira Hindistanda həmin təhsil ocağında hind musiqilərini, rəqsini mükəmməl şəkildə öyrənmişdi. Amma həmin vaxt Azərbaycana tətilə gələn Elmiraya geri qayıtmağa icazə vermədilər.

İndiyə qədər bilmirəm ki, onun geri qayıtmağına niyə qadağa qoyuldu. O, həmin qadağadan sonra bir daha Hindistana getmədi və təhsili də yarımçıq qaldı. Bu səbəb mənə qaranlıq qalıb. Yadımdadır ki, o Azərbaycana gələndə demişdi ki, Hindistan prezidentinin oğlu onunla evlənmək istəyir”.

Flora xanım həmkarını təbrik edib:

“Buradan ona səslənib, təbrik edirəm. Elmira, sənin səhhətinə və əhval-ruhiyyənə təsir edən hadisələr keçmişdə qalsın. Sənin xoşbəxt olmağa ixtiyarın var. Sən bu sevgini millət tərəfindən özün qazanmısan”.

Cəvahir

COP29

www.yenicag.az

1561
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv