Somalinin paytaxtı Moqadişoda daha bir terror aktı törədilib.
Yenicag.az xəbər verir ki, terrorçu-kamikadze özünü prezident sarayının yaxınlığında partladıb. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
Partlayışdan sonra hadisə yerinə yaxın mehmanxanada polis əməkdaşları və terrorçular arasında atışma baş verib. Terrorçuların zərərsizləşdirilməsi yönündə əməliyyat davam etdirilir.
Xatırladaq ki, Somalinin paytaxtında bir müddət öncə də terror aktı törədilmiş, yüzlərlə insan həyatını itirmişdi.
www.yenicag.az