Prezident təbrik etdi

media-hightechnic-468x90

de6bcf7fc8baPrezident İlham Əliyev Qırğızıstan prezidenti Almazbek Atambayevə məktub göndərib.

Yenicag.az xəbər verir ki, İlham Əliyev göndərdiyi məktubda Almazbek Atambayevi ölkənin müstəqillik günü münasibətilə təbrik edib. O, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib. Məktubda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti”

media-ziraat-728x90

Prezident təbrik etdi

media-hightechnic-468x90

48994Prezident İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir:

“Əlahəzrət,

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”(ans).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600